“Şuşanın dağları, başı dumanlı”


Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və İctimai Televiziya və Radio Yayımları Şirkəti

Həyata keçirilmə vaxtı:
1 aprel 2022 – 1 iyul 2022

Tərəfdaş təşkilatlar:
İctimai Televiziya və Radio Yayımları Şirkəti

Layihənin təsviri:
Layihə çərçivəsində çəkilmiş film Şuşa şəhərinin salınması tarixindən bəhs edir və həmin tarixin keşməkeşli səhifələri vərəqlənir. Ayrı-ayrı dövrlərdə Şuşaya hücumlar, bu hücumlar nəticəsində şəhərin başı üstünü alan təhlükə xüsusi qabardılır, törədilən dağıntılar barədə söhbət açılır. Filmdə Şuşanın salınma tarixi ilə bağlı arxiv sənədlərinə, eləcə də bir çox məşhur rus və ingilis tarixçilərinin əsərlərinə istinad olunub. Çəkilişlər Şuşada, Ağdamda, Qəbələdə, Qala Dövlət Qoruğu ərazisində və İçərişəhərdə aparılıb. Şuşa həqiqətlərinin tamaşaçıya çatdırılması üçün aktyor oyunundan, quraşdırılmış səhnələrdən geniş istifadə edilib.

Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədli, quruluşçu operatoru İsmayıl Eyvazi, quruluşçu rəssamı Valeh Davudov, geyim üzrə rəssam Şahin Həsənlidir. Layihənin elmi məsləhətçisi tarix elmləri doktoru, professor Kərim Şükürovdur.

Layihənin məqsədi:
Layihənin məqsədi Şuşa şəhərinin tarixi və mədəniyyəti barədə həqiqətləri tamaşaçıya təqdim etməkdir. Bu məqsədə çatmaq üçün şəhərin salınma tarixi, müxtəlif dövrlərdə üzləşdiyi çətinliklər, keçdiyi keşməkeşli yolu, tarixi və əsrlərin sınağından çıxmış mədəniyyəti arxiv sənədləri və müxtəlif materiallar əsasında araşdırılcaq və həmin materiallar əsasında sənədli film çəkiləcəkdir.